Gürcüstanda azərbaycanlı ana və oğlu öldürüldü - YENİLƏNİB
04 noyabr 2020 11:36 (UTC +04:00)

Gürcüstanda azərbaycanlı ana və oğlu öldürüldü - YENİLƏNİB

Marneulidə ana və oğlunu qətlə yetirilməkdə şübhəli bilinənlər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Şöbəsi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxslər - 38 yaşlı ata və onun 16 yaşlı oğludur. Onlardan ov tüfəngi götürülüb. Saxlanılan ata və oğlu qətlə yetirilən şəxslərin qonşuluğunda yaşadığı bildirilib.  

***

11:16

Marneulinin Axlolalo kəndində öldürülən azərbaycanlı ana və 22 yaşlı oğlunun qisas zəminində qətlə yetirildiyi məlum olub.

Bu barədə APA-nın yerli bürosuna kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, Axlolalo kənd sakini M.Ə. öz əmisinin həyat yoldaşını və 22 yaşlı əmisi oğlunu odlu silahdan atəş açaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.

***

11:01

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Axlolalo (Axıllı) kəndində iki nəfər qətlə yetirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, öldürülən şəxslərin ana və 22 yaşlı oğlu olduğu bildirilir.

Onların odlu silahdan açılan atəşlə qətlə yetirildiyi deyilir.

Polis faktla bağlı araşdırmalara başlayıb.

# 787
avatar

Oxşar yazılar