Boris Conson: Londonda tətbiq edilən bu dəfəki karantin fərqli olacaq
04 noyabr 2020 06:12 (UTC +04:00)

Boris Conson: Londonda tətbiq edilən bu dəfəki karantin fərqli olacaq

Böyük Britaniyanın paytaxtı Londonda ikinci dəfə tətbiq ediləcək karantin rejimi mart ayından bəri qüvvədə olmuş məhdudlaşdırmadan bir sıra məqamlarına görə fərqlənib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri yeni tətbiq ediləcək milli karantin rejimi barədə danışarkən bildirib. 

Hökumətin yeni qərarına görə, paytaxtda qeyri-ərzaq dükanları, restoran və pablar, idman mərkəzləri bağlanacaq, insanlara imkan daxilində evdə işləmək tapşırığı veriləcək.

Məhdudlaşdırmalar fonunda məktəblər və universitetlər isə açıq olacaq.

Həmçinin, muzeylər üçün bilet almış vətəndaşlara müraciətdə bildirilib ki, ziyarət öz qüvvəsindədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar