Ermənilərin atdığı mərmi Ağcabədidə yaşayış evinə düşdü - FOTO
03 noyabr 2020 11:35 (UTC +04:00)

Ermənilərin atdığı mərmi Ağcabədidə yaşayış evinə düşdü - FOTO

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmilərdən biri Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Xəlilov Bərxudar Əziz oğluna məxsus yaşayış evinə düşüb. Nəticədə ev dağılıb.

Onu da qeyd edək ki, 2016-cı ildə də düşmənin atdığı top mərmisi adıçəkilən evə düşübmüş. Dövlət tərəfindən əsaslı təmir olunan ev ermənilərin atəşkəsi pozması nəticəsində yenidən dağılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062

Oxşar yazılar