Qapalı məkanlarda maska reydi keçirilir - FOTO
29 oktyabr 2020 13:03 (UTC +04:00)

Qapalı məkanlarda maska reydi keçirilir - FOTO

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması, məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisindəki ticarət mərkəzlərində, aptek və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda mütəmadi olaraq reydlər keçirir, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə izahedici söhbətlər aparırlar.

Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında xidmət aparan polis əməkdaşları sosial məsafəni gözlənilməsinə nəzarət etməklə yanaşı sakinlərə tibbi maska paylayırlar.

Həmçinin rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.

# 565
avatar

Mehman Nəbiyev

Oxşar yazılar