137
14:47
27 Oktyabr 2020

Yük avtomobili atlını vurdu

Hacıqabulda 15 yaşlı atlını yük avtomobili vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

"Shachman" markalı yük avtomobili yolu keçən atlı, Şamaxı rayon sakini, 2005-ci il təvəllüdlü Babayev Amil Vaqif oğlunu vurub.

Ağır xəsarətlər alan 15 yaşlı oğlan Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər