ABŞ-da futbol oyunu zamanı silahlı insident baş verib
21 oktyabr 2020 08:30 (UTC +04:00)

ABŞ-da futbol oyunu zamanı silahlı insident baş verib

ABŞ-ın “Jacksonville” məktəb komandaları arasında futbol oyunu zamanı silahlı insident baş verib. 

APA “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə yerli “TMZ” qəzeti məlumat dərc edib.

Nəşrin yazdığına görə, naməlum şəxs avtomat silahdan atəş açaraq avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində 27 yaşlı kişi ölüb, 7 yaşlı oğlu isə yaralanıb.

Polisin verdiyi məlumata görə, hadisə şəxsi zəmində baş verib, əvvəlcədən ailəyə hücum planlaşdırılıb. 

# 1387
avatar

Oxşar yazılar