19:24
18 Oktyabr 2020

Koronavirus mutasiyalarının gələcək mənbəyi AÇIQLANDI

Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru Aleksey Aqranovski heyvanların koronavirus infeksiyasının yeni, daha aqressiv variantlarının mənbəyi ola biləcəyini söyləyib.

Lent.az Rusiya KİV-nə istinadla xəbər verir ki, onun sözlərinə görə, aqressiv bir virusun yeni variantlarının gözlənti yeri ehtimal ki, heyvanlardır.

Bioloq, virusun aqressiv mutasiyalarının ortaya çıxması üçün bir çox daşıyıcıya ehtiyac olduğunu açıqlayıb. SARS-CoV-2-nin, çox güman ki, daha ağır formaya keçməsi üçün kifayət qədər yoluxmuş insanlar olmayacaq. Həm də vəziyyətin belə bir inkişafının qarşısı peyvəndlə alına bilər.

Dİgər xəbərlər