Rusiyada bir sutkada koronavirusdan 185 nəfər ölüb
18 oktyabr 2020 11:54 (UTC +04:00)

Rusiyada bir sutkada koronavirusdan 185 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 15 099 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 399 334 nəfərə çatıb.

Son sutka ərzində 185 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 24 187 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

# 550
avatar

Oxşar yazılar