09:42
18 Oktyabr 2020

“Bu foto ürəyimizi yandırmaq üçün kifayətdir” – Türkiyənin Müdafiə Nazirliyi

Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanın Gəncə şəhərini ballistik raketlərlə vurması zamanı öldürülən körpələrin fotolarına reaksiya verib.

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, nazirliyin “Twitter” hesabındakı yayımda, hücumda həyatını itirən kəfənə bükülmüş körpənin fotoşəkili ilə fərqli dillərdə danışan və fərqli coğrafiyalarda yaşayan insanlar çağırışda qeyd edilir:

"Bu balaca körpə gecə yatarkən Ermənistan ordusu tərəfindən ballistik raketlə öldürüldü. Dilimiz, dinimiz, ölkəmiz fərqli ola bilər, ancaq bu foto ürəyimizi yandırmaq üçün kifayətdir. Bəlkə də bu fotonu ilk dəfə görürsünüz, amma Azərbaycan xalqı 30 ildir eyni foto ilə yaşayır. 30 il əvvəl Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qətllə davam edir, Bu mənzərəni görüb də susa bilən varsa, susun! Biz susmayacağıq”.

Dİgər xəbərlər