Nazirlikdən sosial şəbəkə istifadəçilərinə növbəti XƏBƏRDARLIQ
13 oktyabr 2020 11:17 (UTC +04:00)

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə növbəti XƏBƏRDARLIQ

Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) vətəndaşlara xəbərdarlıq edb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb:

“Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin". 

# 613
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar