11:35
12 Oktyabr 2020

Müdafiə Nazirliyindən Ermənistanın növbəti yalanına CAVAB

Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır.

Müdafiə Nazirliyindən Lent.az -a verilən məlumatda bildirilir ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir. Xatırladırıq ki, Hadrut artıq bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.

Dİgər xəbərlər