10:56
12 Oktyabr 2020

“Erməni terroruna son, Qarabağ Azərbaycandır!” - “Kəpəz”in braziliyalı keçmiş futbolçusu

Azərbaycanda “Kəpəz” və “Neftçi” klublarının formasını geyinmiş Dario Frederiko Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu erməni terrorunu pisləyən paylaşım edib.

29 yaşlı oyunçu instaqram səhifəsindəki paylaşımı zamanı Azərbaycan Ordusuna dəstək nümayiş etdirib: “Erməni terroruna son, Qarabağ Azərbaycandır! Tanrı Azərbaycanı qorusun. Mən sizinləyəm”.

Dario həmçinin Gəncədə yaşanan erməni terroru ilə bağlı da paylaşım edib.

Qeyd edək ki, Dario Frederiko müxtəlif vaxtlarda iki dəfə “Kəpəz”in, iki dəfə isə “Neftçi”nin heyətində çıxış edib.

Dİgər xəbərlər