11:34
11 Oktyabr 2020

Ermənistanda daha 715 nəfər COVID-19-a yoluxdu

Ermənistanda son sutkada daha 715 nəfər COVID-19-a yoluxub.

APA xəbər verir ki, bununla Ermənistanda virusa yoluxanların sayı 56 451-ə çatıb. Son sutkada ölkədə virusdan ölənlərin sayı daha 4 nəfər olub. Ölkədə koronavirus qeydə alınandan indiyədək ölənlərin sayı 1020-yə çatıb.

İndiyədək 45 824 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 9 304 aktiv koronavirus xəstəsi var.

Dİgər xəbərlər