11:51
08 Oktyabr 2020

Hikmət Hacıyev: “Ermənistan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket zərbələri endirir”

"Ermənistanın "Smerç" raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

H. Hacıyev qeyd edib ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib.

“Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Dİgər xəbərlər