11:26
06 Oktyabr 2020

Erməni təxribatını pisləyən növbəti BƏYANAT

Moldova Azərbaycanlıları Konqresi Ermənistanın təxribatları ilə əlaqədar ölkənin ali dövlət strukturlarına və beynəlxalq qurumlara ünvanlanan bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindın APA -ya bildirilib ki, bəyanatda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ordumuza və dinc sakinlərə qarşı həyata keçirdiyi təcavüz barədə məlumat verilir.

Qeyd olunub ki, Ermənistanın təxribatları nəticəsində bölgədə vəziyyət gərginləşib, aralarında uşaq, qadın və yaşlı insanların da olduğu xeyli sayda mülki şəxs həlak olub, yaralanıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Moldovada yaşayan soydaşlarımız bu ölkənin ictimaiyyətini Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi, təcili şəkildə atəşi dayandırması məqsədilə rəsmi İrəvana təsir və təzyiqlər göstəməyə çağırır.

Dİgər xəbərlər