15:45
02 Oktyabr 2020

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki RƏQİBLƏRİ

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti rəqibləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı komandalar İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimində müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri İ qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor” (Türkiyə) klubları olacaq.

Oyunlara oktyabrın 22-də start veriləcək. “Qarabağ” qrupda son matçına dekabrın 10-da çıxacaq.

Qeyd edək ki, cari mövsümə Çempionlar Liqasında başlayan Ağdam klubu Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə görüşüb. Avropa Liqasının pley-offunda Polşa “Legiya”sının qonağı olan “Qarabağ” 3:0 hesablı qələbə qazanıb.

Dİgər xəbərlər