12:12
01 Oktyabr 2020

"Anadolu" agentliyi Azərbaycan həqiqətlərini dünya birliyinə 12 dildə çatdırır

Ermənistanın hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin qarşıdurma Türkiyənin bütün kütləvi informasiya vasitələrinin ana xəbərinə çevrilib. Prezident İlham Əliyevin bütün fəaliyyəti, o cümlədən rəsmi danışıqları və müsahibələri qardaş ölkə KİV-lərinin ana xəbərinə çevrilib.

Lent.az xəbər verir ki, "Anadolu" agentliyi Azərbaycan həqiqətlərini dünya birliyinə 12 dildə çatdırır.

TRT HABER, A HABER, NTV və digər telekanallar operativ məlumatları və müəllif proqramları ilə tamaşaçıları məlumatlandırır. Aparıcı qəzetlər və xəbər portalları məlumatları isti-isti oxuculara təqdim edir.

Bir sözlə, Azərbaycan mövzusu Türkiyə mediasının ana xəbəridir. Prezident İlham Əliyevin mesajları, cəbhə bölgəsindən birbaşa hazırlanan xəbərlər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və sosial şəbəkədə yayılır. Mətbuat çevik qaydada Ermənistanın informasiya təxribatlarına reaksiya göstərərək və saxta məlumatları ifşa edir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair müəllif verilişləri və ekspert müzakirələri fasiləsiz olaraq ekranlarda görünür. Qardaş ölkə KİV-ləri cəbhə bölgəsində baş verən bütün prosesləri addım- addım izləyərək müzəffər Ordumuzun rəşadətini dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Düşmənin məkrli fəaliyyəti, Azərbaycanın dinc əhalisinin, yaşayış məskənlərinin, fərdi evlərin, mülki obyektlərin hədəf alınması böyük nifrətlə qarşılanır.

Dİgər xəbərlər