Astarada dənizdə boğulan şəxsin kimliyi bilinib.
Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisindəki çimərlikdə baş verib.
Rayon sakini olan 36 yaşlı Elmar Bəybala oğlu Məmmədli çimərlikdə boğulub. Hazırda onun meyitinin tapılması üçün tədbirlər görülür.
***
19 avqust, saat: 21:59
Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Kosagül kənd sakini olan şəxs dənizdə itkin düşüb.
Hazırda onun axtarışları aparılır.