
Şuranın dəstəyilə 68 ailəyə sosial yardım göndərilib
0
0
Azərbaycan Respublikasının Prezidenti yanınında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində“ ictimai birliyi “Pandemiya dövründə Masallı rayonunda qadınlara sosial yardımların göstərilməsi" layihəsini həyata keçirir.
Layihə 15 iyul – 15 oktyabr 2020-ci il tarixlərində Masallı rayonunda qadınlara sosial yardımın göstərilməsini təşkil edir. Layihədə Masallı rayonunun müxtəlif kəndlərində yaşayan ailələri haqqında İçra Hakimiyyətinin nümayəndələrinin vasitəsilə siyahı tərtib olunub.
Layihə çərçivəsində 25 sentyabr 2020-ci il tarixində Bakı şəhərinin 7 saylı Azərpoçtundan (Azadlıq prospekti 95, Koala parkının yaxınlığında) Masallı rayonunun müxtəlif kəndlərinə 68 ailəyə sosial yardım göndərilib. Sosial yardıma 50 AZN dəyərində ərzaq kuponu daxildir.
0
0