Sabaha olan hava PROQNOZU
29 sentyabr 2020 13:15 (UTC +04:00)

Sabaha olan hava PROQNOZU

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, cənub-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 15-17, gündüz  22-25 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  olacaq.  

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz  13-16 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəldikdə, sentyabrın 30-u, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

 

# 460
avatar

Aygün İbrahimli

Oxşar yazılar