Xankəndidən köç başladı - Rusiyalı müxbir
29 sentyabr 2020 12:02 (UTC +04:00)

Xankəndidən köç başladı - Rusiyalı müxbir

Xankəndindən ermənilərin köçü başlayıb.

Lent.az-ın məlumatına görə, bu barədə “İzvestiya” qəzetinin müxbiri xəbər verib.  Onun məlumatına görə, insanlar kütləvi şəkildə İrəvana köçürülür.

“Mən bilmirəm onların orda qohumları var, ya yox. Amma deyilənə görə, orda qarşılayacaqlar. Polis yoldan keçən təsadüfi maşınları belə saxlayır. Ailələr maşınlara doldurulur və İrəvana aparılır”, - deyə müxbir bildirib.

# 1135
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar