“Azərbaycan Dəmir Yolları” QSC ölkədə komendant saatının tətbiq edilməsi ilə əlaqədar Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edib.
QSC-dən Lent.az-a verilən məlumata görə, komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq sentyabrın 28-dən etibarən Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.