Müdafiə Nazirliyinin Mətbuat Xidmətində yeni vəzifə - TƏYİNAT
26 sentyabr 2020 17:47 (UTC +04:00)

Müdafiə Nazirliyinin Mətbuat Xidmətində yeni vəzifə - TƏYİNAT

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Müdafiə naziri Zakir Həsənovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.

# 4717
avatar

Oxşar yazılar