Sürücülərin NƏZƏRİNƏ - Təhlükəsizlik üçün YENİLİK - FOTO
24 sentyabr 2020 12:31 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ - Təhlükəsizlik üçün YENİLİK - FOTO

Bakı yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, xüsusilə, azyaşlıların mütəmadi olaraq getdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsilzik tədbirləri görülür. Bu çərçivədə;

- 206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib;

- sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;

- təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

Bundan başqa, ilin sonuna kimi bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır.

# 2035
avatar

Mehman Nəbiyev

Oxşar yazılar