“Norviç” “Barselona”nın arzusunu gözündə qoydu
19 sentyabr 2020 16:41 (UTC +04:00)

“Norviç” “Barselona”nın arzusunu gözündə qoydu

 

İspaniyanın “Barselona” klubunun Maks Aaaronu transfer etmək arzusu reallaşmayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Norviç” klubu müdafiəçisini La Liqa klubuna buraxmaqdan imtina edib.

Kataloniya təmsilçisi 20 yaşlı futbolçu üçün bonuslardan əlavə 20 milyon funt-sterlinq ödəməyə hazır olsa da, istəyi baş tutmayıb. “Barselona”ya keçidi baş tutmayan müdafiəçi digər Avropa nəhənglərinin də maraq dairəsindədir.

Onlar arasında Almaniya “Bavariya”sı da var.

# 3343
avatar

Oxşar yazılar