Xırdalana içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, magistral kəmərdə aparılan təmir-bərpa işləri ilə əlaqədar olan məhdudiyyətlər sentyabrın 15-i gecə saatlarından etibarən 16 sentyabr gündüz saatlarınadək davam edəcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.