Azyaşlı 4-cü mərtəbədən yıxıldı
13 sentyabr 2020 00:41 (UTC +04:00)

Azyaşlı 4-cü mərtəbədən yıxıldı

Sumqayıtda azyaşlı hündürlükdən yıxılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda ev 66 ünvanında baş verib. 

Belə ki,  2016-cı il təvəllüdlü Məmmədov Hüseyn Fərhad oğlu beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya çatdırılıb və o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 2455
avatar

Oxşar yazılar