Kürdəmir sakini şişlə özünü yaraladı
11 sentyabr 2020 23:52 (UTC +04:00)

Kürdəmir sakini şişlə özünü yaraladı

 

Kürdəmir sakini küt alətlə özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saat 21:40 radələrində rayonun Sığırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Elman oğlu Əsədli özünə şiş və şüşə parçası ilə ağır xəsarət yetirib. Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. V.Əsədli təcili olaraq əməliyyata götürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4465

Oxşar yazılar