Sabah Bakıda yağış gözlənilir - PROQNOZ
11 sentyabr 2020 12:35 (UTC +04:00)

Sabah Bakıda yağış gözlənilir - PROQNOZ

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz  təşkil edəcək.  

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəldikdə, sentyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844

Oxşar yazılar