1380
13:37
08 Sentyabr 2020

İxtisas seçimində çətinlik çəkən abituriyentlərin DİQQƏTİNƏ

Abituriyent Məsləhət Mərkəzləri fəaliyyətə başlayır.

Bu barədə Lent.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə yalnız əvvəlcədən onlayn növbə götürməklə müraciət etmək mümkün olacaq.

“Məsləhət Mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşaiyət etməsinə icazə veriləcək.

Onlayn növbənin götürülməsi sentyabrın 9-dan etibarən mümkün olacaq.

Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, məsləhət yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını və yerini dəyişmək istəyənlər “Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər.

Onlayn növbəyə yazılmış şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.

Qəbul prosesi koronavirus (COVID-19) infeksiyasnın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil ediləcək. Bunun üçün mərkəzlərdə təlimata uyğun müvafiq şərait yaradılıb. Qəbul mərkəzlərində müraciət edən vətəndaşların öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətlərində lazımi sosial məsafənin saxlanılması təmin olunacaq.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

Bundan əlavə, abituriyentlər ixtisas seçimi ilə bağlı suallarını “Məsləhət mərkəzləri”nin aşağıda qeyd olunan “Whatsapp” nömrələrinə də yaza bilərlər. Müraciətlər qeydə alınaraq vətəndaşlarla əlaqə saxlanılacaq.

“Abituriyent Məsləhət Mərkəzləri” həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 09:00-dan 17.00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərirlər.

Ali təhsil müəssisələrində onlayn növbə götürməyən abituriyentlərin qəbulu həyata keçirilmir.

Bakı şəhəri

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71.

Telefon: +994 12 431 41 17;

Whatsapp nömrə: +994 55 220 40 58.

Bakı Biznes Universiteti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a.

Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226);

Whatsapp nömrə: +994 51 502 00 05.

Qərbi Kaspi Universiteti

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27.

Telefon:+994 12 492 61 63 (daxili nömrə: 27);

Whatsapp nömrə: +994 50 625 24 76.

Azərbaycan Kooperasiya Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küç. 93.

Telefon:+994 12 561 50 48;

Whatsapp nömrə: +994 50 976 92 52.

Odlar Yurdu Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13.

Telefon: +994 12 465 39 33;

Whatsapp nömrə: +994 55 921 87 91.

Bakı Avrasiya Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küç. 135A;

Telefon: +994 12 564 62 66, ( daxili nömrə: 109);

Whatsapp nömrə: +994 55 285 09 43.

Dövlət İmtahan Mərkəzinin regional bölmələri

Naxçıvan MR Regional Bölməsi
Naxçıvan şəhəri, Atatürk küçəsi, 10.
(036) 544 04 02;

Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43.
(020) 274 66 74;

Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182.
(024) 244 66 14;

Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b.
(023) 325 01 21;

Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52.
(025) 255 24 82;

Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina.
(022) 256 50 67;

Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19.
(021) 215 15 23;

Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100.
(020) 205-01-86.

Şəmkir Regional Bölməsi

Şəmkir, Bakı-Qazax şosesi, İnzibati bina “West gate”.

(+994) 55 214 97 00.

Dİgər xəbərlər