Bakı Zooloji Parkı bu tarixdə açıla bilər: xeyli yeniliklər var - EKSKLÜZİV
07 sentyabr 2020 13:40 (UTC +04:00)

Bakı Zooloji Parkı bu tarixdə açıla bilər: xeyli yeniliklər var - EKSKLÜZİV

“Hazırda zooparkın tikintisi ilə bağlı işlərə davam edilir. Biz də açılmasını gözləyirik ki, heyvanları buradan ora aparaq”.

Bu sözləri Lent.az-a açıqlamasında Bakı Zooloji Parkın direktoru Azər Hüseynov deyib. O bildirib ki, artıq iki ilə yaxındır ki, zoopark təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb:

“Tikinti işləri pandemiya səbəbindən ləngiyir. Həm də bəzi işlərin görülməsi üçün xarici ölkələrdən mütəxəssislər dəvət edilib. Onların da mövcud vəziyyətlə bağlı gəlişində problemlər yaranıb. Bütün bunlar ləngiməyə səbəb olur. 

Qeyd edim ki, əvvəlki parkdan əsər-əlamət qalmayacaq və istifadəyə veriləcək Zooloji Park yenilikləri ilə hər kəsi təəccübləndirəcək”.

Zooparkda aparılan tikinti işləri üzrə sahə rəisi Namiq Hacıyev də saytımıza açıqlamasında işlərin pandemiya səbəbindən ləngidiyini bildirib:

“Bundan başqa parkda tikilən böyük akvariumların dekorasiya işlərini görmək üçün xarici mütəxəssisləri gözləyirik. Onlar da qadağalarla bağlı olaraq ölkəyə gəlməkdə çətinlik çəkirlər”.

N.Hacıyev Zooparkla bağlı sürprizlərin çox olacağını və hər şeyin indidən açıqlanmadığını vurğulayıb:

“Çalışacağıq ki, Yeni ilə qədər, Bakı Zooloji Parkı açılsın. Ancaq açılış gələn ilə də qala bilər, çünki işin gedişatı ilə bağlı dəyişikliklər hər an ortaya çıxa bilər. Biz hazırda işlərin maksimum tez bitməsi üçün lazımi işləri görürük”.

Qeyd edək ki, park ərazisi 4.25 hektar (əvvəl 2.25 hektar idi) olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9762

Oxşar yazılar