"Neftçi" – "Qalatasaray" oyununa hakim təyin olundu
07 sentyabr 2020 11:27 (UTC +04:00)

"Neftçi" – "Qalatasaray" oyununa hakim təyin olundu

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Qalatasaray” matçının təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək. UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektor isə Sokol Jaresi (Albaniya) olacaq.

Senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2814

Oxşar yazılar