Azərbaycanlı xeyriyyəçi sayt redaktorlarını məhkəməyə verib
07 sentyabr 2020 09:36 (UTC +04:00)

Azərbaycanlı xeyriyyəçi sayt redaktorlarını məhkəməyə verib

“Realmedia.az” və “Dia.az” saytlarının redaktorları məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, xeyriyyəçi və şair kimi tanınan “Gülağa Tənha” ləqəbli Gülağa Qənbərov “Realmedia.az” saytının məsul redaktoru Ramin Qurbanov və “Dia.az” saytının redaktoru Məhəmməd Zamanovdan şərəf və ləyaqətə, habelə işgüzar nüfuza yetirilmiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Nərimanov rayon məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verib.

Proses sentyabrın 8-də hakim Qürbət Əsgərovun sədrliyi ilə Bakı Apelyasiya Məhkəməsində baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914

Oxşar yazılar