3600
19:54
04 Sentyabr 2020

Qripə qarşı peyvənd olunun - BAŞ İNFEKSİONİST

"Havaların soyuması, payız fəslinin gəlməsi hava-damcı infeksiyalarını fəallaşdırır. Bu, virusların soyuğa davamlı olması ilə bağlıdır”.

Bunu Lent.az -a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hava-damcı infeksiyalarının fəallaşması xəstəliklərin yayılmasına təsir göstərən faktorlardan biridir: “Payız-qış mövsümündə qrip xəstəliklərinin yayılmasının qarşısını almaq üçün ölkəyə 4 valentli qrip əleyhinə peyvəndin gətirilməsi nəzərdə tutulub. Yaxşı olar ki, insanlarımız qorunmaq üçün bu peyvəndən istifadə etsinlər. Doğrudur, peyvənd respirator xəstəliklərdən qorumur. Ən azı qripin 4 ştammından qoruyur, bu da koronavirusun yayılmasına qarşı müəyyən önləyici tədbir kimi həyata keçirilə bilər”.

C.İsayev bildirib ki, peyvəndin ölkəyə gətirilməsi və tətbiqi oktyabr-noyab ayları üçün nəzərdə tutulur.

Onun sözlərinə görə, daha çox yuxarı yaş qrupundan olanların, eləcə də yanaşı xəstəliyi olan insanların peyvəndən istifadə etməsi məsləhətdir ki, onlarda xəstəliyə qarşı immunitet yaransın: “İldə nə qədər insanın qripə qarşı peyvənd olunduğunu deyə bilmərəm. Amma bu il peyvənd etdirmək tövsiyə olunur”.

C.İsayev onu da bildirib ki, mövsüm dəyişikliyi ilə əlaqədar insanlar xəstəlikdən qorunmaq üçün qidalanmalarına, yuxu rejimlərinə diqqət etsələr yaxşı olar.

Dİgər xəbərlər