Lavrovdan Belarusdakı vəziyyətə görə Ukraynaya İTTİHAM
02 sentyabr 2020 14:55 (UTC +04:00)

Lavrovdan Belarusdakı vəziyyətə görə Ukraynaya İTTİHAM

“Belarusda vəziyyət Ukrayna ərazisindən qarışdırılır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Mekeylə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

"Belarusda vəziyyətin qeyri-stabilləşməsi ilə bağlı fəaliyyətin Ukraynanın ərazisindən aparıldığına dair Rusiyanın əlində təsdiqlənmiş məlumatlar var. Belarusda vəziyyəti qeyri-stabilləşdirmək üçün Ukraynada hazırlaşdırılmış təxminən 200 ekstremist haqqında məlumatlar mövcuddur. Xüsusi xidmət orqanları onlarla məşğul olmalıdır", - Rusiya XİN başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2353

Oxşar yazılar