12:15
27 Avqust 2020

Qəbələyə icazəsiz gələnlər cərimələndi

Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində hərəkət edən avtomobilləri yoxlanış məqsədilə saxlayıblar. Planşet vasitəsilə yoxlanılan zaman bəzi sürücü və sərnişinlərin qaydaları pozaraq, rayona gəldiyi müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Dİgər xəbərlər