10:21
26 Avqust 2020

“Qarabağ” “Şerif”ə qarşı - BU GÜN

Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu qəbul edəcək.

Bir matçdan ibarət olan və azarkeşsiz keçiriıləcək duel Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. İndiyədək iki dəfə rəqibini mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri 2017/18 mövsümündə Çempionlar Liqasında, bir il sonra Avropa Liqasında olduğu kimi, yenə turu adlamaq üçün meydana çıxacaq.

I təsnifat mərhələsini qol buraxmadan keçən rəqiblər növbəti uğur üçün mübarizə aparacaqlar. “Qarabağ” Şimali Makedoniya “Sileks”i üzərində 4:0, “Şerif” Lüksemburq “Fola”sı ilə matçdakı 2:0 hesablı qələbənin davamını gətirmək əzmindədir.

Qeyd edək ki, cütün qalibinin III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq. Məğlub komandanın Avropa Liqasındakı rəqibi isə ertəsi gün müəyyənləşəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Dİgər xəbərlər