09:55
25 Avqust 2020

Maşın qaz xəttinə çırpıldı: yaralılar var

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Qurumba kəndində "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarından keçən qaz xəttinə çırpılıb.

Minik avtomobilində olan 4 sərnişin - 22 yaşlı Mehdi Azər oğlu Əkbərov, 21 yaşlı Orxan Məhəmməd oğlu Ağacanov, 20 yaşlı Vüqar Elşad oğlu Əlizadə və Rusif Rafiq oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar müvafiq olaraq travmatologiya və reanimasiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər