"Corona" kafesinin sahibi cərimələndi
24 avqust 2020 10:56 (UTC +04:00)

"Corona" kafesinin sahibi cərimələndi

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları gecə saatlarında şəhərin müxtəlif ərazilərində reyd keçiriblər.

APA-nın yerli bürosunun məlumatına görə, reyd zamanı karantin qaydalarının tələblərinə riayət etməyən kafelərə rast gəlinib. Şəhərin 9-cu mikrorayon ərazisində yerləşən "Corona Pub"-ın saat 22:00-dan sonra fəaliyyət göstərdiyi məlum olub. İctimai iaşə obyektində qapalı məkanda müştərilərə xidmət edildiyi də aşkarlanıb. Orada olan 17 müştəri və sahibkar Qasım Əkbər oğlu Qasımlı 3-cü polis bölməsinə aparılıb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimələnib.

Reydlər davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2653

Oxşar yazılar