610
10:38
24 Avqust 2020

Rayonda avtoxuliqanlıq edən tutuldu

Astara rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, Astara rayonu, Siyakü kənd sakini S.Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi "Vaz 2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Şahbazov barəsində Astara rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.