11:48
24 Avqust 2020

Renat Dadaşov İsveçrə klubunda


Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, "Vulverhempton" 21 yaşlı forvardı İsveçrə "Qrasshopper"inə icarəyə verib.

Klublar arasında razılığa əsasən, Dadaşov qarşıdakı bir ili Sürix təmsilçisində keçirəcək. "Qrasshopper" Renatla yanaşı, "Vulverhempton"un yarımmüdafiəçisi Konnor Ronanı da eyni şərtlərlə heyətinə cəlb edib.

Qeyd edək ki, ötən mövsümün ilk dövrəsini icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirən Renat Dadaşov "Vulverhempton"un əsas komandasında hələ debüt etməyib.

Dİgər xəbərlər