11:50
21 Avqust 2020

İki maşın toqquşdu: iki bacı yaralandı

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Xudat yolunda qeydə alınıb. “VAZ-2106” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Qəza nəticəsində 19 yaşlı Rəfiqə Xəlilova və onun 3 yaşlı bacısı Şəfiqə Xəlilova xəsarət alıblar. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər