Azərbaycanın Gürcüstandakı səfiri dəyişdi
17 avqust 2020 13:20 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfiri dəyişdi

Dursun Ayvaz oğlu Həsənov Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Azərbaycanın Gürcüstanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev Faiq Maqbet oğlu Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

# 2959
avatar

Oxşar yazılar