Bakalavrı bitirməyənlər orta ixtisas məktəblərinə necə keçə bilərlər?
14 avqust 2020 16:28 (UTC +04:00)

Bakalavrı bitirməyənlər orta ixtisas məktəblərinə necə keçə bilərlər?

Təhsil Nazirliyi ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydasını açıqlayıb.

Lent.az xəbər verir ki, nazirliyin məlumatına görə, ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.

Məlumatda o da bildirilib ki, ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

 Qeyd olunub ki, xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

# 2257
avatar

Aygün İbrahimli

Oxşar yazılar