Mingəçevirdə karantin qaydalarını pozanlara qarşı reyd keçirildi
13 avqust 2020 10:47 (UTC +04:00)

Mingəçevirdə karantin qaydalarını pozanlara qarşı reyd keçirildi

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda  tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib. Onlarla profilaktik söhbətlər aparılıb, qaydaları riayət etmələrinin vacibliyi izah olunub. Həmçinin, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərdaxili sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Ümumilikdə qaydaları pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

# 1450
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar