Bakıda avtomobildən meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verib.
Qəsəbə sakini 45 yaşlı Zahid Gülsevər oğlu Aslanovun meyiti “Mercedes” markalı avtomobildə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.