2086
19:05
10 Avqust 2020

İlham Əliyev "Qrant haqqında" qanuna dəyişikliyi təsdiqlədi

Qrant vermək üçün qanuni əsaslara dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən imzalanan “Qrant haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Qrant haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin fərmanında dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 24-3-cü maddəsinə uyğun olaraq Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə biləcəklər.