Sumqayıtda zavoddakı YANĞIN söndürüldü: Yeddi nəfər... - YENİLƏNİB
07 avqust 2020 18:13 (UTC +04:00)

Sumqayıtda zavoddakı YANĞIN söndürüldü: Yeddi nəfər... - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda baş verən yanğının söndürülməsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, zavodun ümumi sahəsi 1200 m2 olan qazayırma sahəsində qaztəmizləmə kolonunun içərisində yanacaq qalıqları yanıb. Digər avadanlıqlar, kommunikasiya xətləri və yaxınlıqdakı istehsalat sahələri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı zavodun 7 nəfər əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

14:13

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda baş verən yanğın zamanı orada işləyənlər – 33 yaşlı Əliyev Qadir Adil oğlu, 34 yaşlı Qurbanov İlqar Ələmdar oğlu, 55 yaşlı Hüseynov Nizami İlyas oğlu, 39 yaşlı Cəlilov Murad Xasməmməd oğlu, 47 yaşlı Tağıyev Mehman Tapdıq oğlu, 37 yaşlı təvəllüdlü İbrahimov Yalçın bayram oğlu və 32 yaşlı Hüseynov Xəyal Akif oğlu xəsarət alıblar.

***

12:59

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

12:51

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen Zavodunda yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb. 

# 29170
avatar

Oxşar yazılar