Türkiyəyə dincəlməyə gedən tanınmışlar  - FOTO
06 avqust 2020 18:14 (UTC +04:00)

Türkiyəyə dincəlməyə gedən tanınmışlar - FOTO

Azərbaycanın bir çox tanınmış müğənni və digər sənət adamları koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ciddi karantin rejimi zamanı dincəlmək üçün Türkiyəyə üz tutublar.

Lent.az xəbər verir ki, onların arasında Xalq artisti Miri Yusif, Əməkdar artist Vasif Məhərrəmli, aktrisa Pərvin Abıyeva, müğənnilər, Ayan Babakişiyeva, Aysel Əlizadə və başqaları yer alıblar.

Aysel aparıcı rəfiqəsi Arzu Həmzəyeva ilə birlikdə İstanbula yollanıb. Onlar artıq bir neçə gündür Türkiyədə dincəlir.

V.Məhərrəmli də gəzinti üçün İstanbula üz tutub. Sənətçi fotosunu İnstaqram izləyiciləri ilə bölüşüb.

Aparıcı Kazım Sübhan dincəlmək üçün Bodrumu seçdiyini bildirib.

Miri Yusif isə bir aydan çoxdur ki, ailəsi ilə birlikdə Kuş adasına köçüb.

Pərvin də dincəlmək üçün İstanbula yollananlar siyahısına daxil olub.(axşam.az)

Müğənni Ayan Babakişiyeva da ailəsi ilə birlikdə istanbuldakı evinə yollanıb.

 

# 11926
avatar

Oxşar yazılar