Rusiyada oyun meydançasında FACİƏ: beton plitə azyaşlının üstünə aşdı
06 avqust 2020 08:14 (UTC +04:00)

Rusiyada oyun meydançasında FACİƏ: beton plitə azyaşlının üstünə aşdı

Rusiyanın Həştərxan vilayətində 11 yaşlı oğlan uşağı oyun meydançasında oynayarkən beton plitə onun üstünə aşıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə Leninski rayonundakı idarəsi məlumat yayıb.

Hadisə avqustun 5-i axşam saatlarında Yabloçkova küçəsində yerləşən binalardan birinin həyətindəki oyun meydançasında baş verib. Uşaq beton plitəyə bərkidilmiş nərdivanla qalxarkən istinad divarı onun üzərinə aşıb.

Azyaşlı aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

 

# 3214
avatar

Oxşar yazılar